“Bu yanlışlıq qısa zamanda düzəldilməlidir"

Qızıl Aypara Cəmiyyətinin çadır satması məni çox üzdü. Qızıl Aypara çadır satışı ilə məşğul ola bilməz.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu yanlışlıq qısa zamanda düzəldilməlidir, çünki biz daim Qızıl Ayparanı xüsusilə çadır istehsalında çox daha aktiv olmağa təşviq etdik. Çadırlara gəldikdə ən kiçik problem yaşamamalıdır. Altı fevral (zəlzələ-red) hadisəsində başqa ölkə olsaydı, kim bilir, onların başına nə gələcəkdi", - Türkiyə lideri deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31