"Vaqner" Baxmutda İRƏLİLƏYİR

"Vaqner" döyüşçüləri Ukraynanın Baxmut şəhərində irəliləməyə davam edir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə özəl hərbi təşkilatın rəhbəri Yevgeni Priqojin deyib.

O, eyni zamanda bildirib ki, Rusiya Müdafiə Nazirliyindən "Vaqner"ə lazımi miqdarda silah-sursatın verilməsini gözləyir.

Qeyd edək ki, bundan öncə "Vaqner" rəhbəri sursat çatışmazlığı problemi həll olmadığı təqdirdə şəhəri tərk edəcəklərini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31