Gürcüstan "Defender-23" təlimindən İMTİNA ETDİ

Gürcüstan bu il "Defender-23" çoxmillətli hərbi təlimlərdə iştirak etməyəcək.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, "Defender -23" təlimləri 22 apreldə başlayıb və 2 ay davam edəcək. Təlimlərdə ABŞ, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan hərbçilər iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31