Kiyev Odessa faciəsindən doqquz il keçməsinə baxmayaraq, qətllər törətməkdə davam edir - ÖZƏL

"Ukrayna hakimiyyəti 2014-cü il mayın 2-də Odessa faciəsindən doqquz il keçməsinə baxmayaraq, dinc sakinləri öldürməklə Qərbi razı salmaq üçün cinayətlər törətməkdə davam edir".

Olaylar.az xəbər verir ki, bunu Donetsk Xalq Respublikasının (DXR) liderinin səlahiyyətlərini icra edən Denis Puşilin bildirib.

"Bizim tanıdığımız Ukrayna hələ doqquz il əvvəl, Odessada həmkarlar ittifaqı binasında insanlar diri-diri yandırılanda çoxumuz üçün əbədi olaraq mövcud olmaqdan çıxdı" - o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31