Türkdilli siyasətçiyə verilən cəza ifadə azadlığını pozub - ÖZƏL
2 May 2023 15:32 DünyaAvropa İnsan Haqları Məhkəməsi (AİHM) 2013-cü ildə Bolqarıstanda keçirilən seçki kampaniyasında türkdilli siyasətçinin inzibati cəriməsinin ifadə azadlığını pozduğuna qərar verib.
Qərargahı Fransanın Strasburq şəhərində yerləşən AİHM, Bolqarıstanda 2013-cü ildə keçirilən ümumi seçki kampaniyası zamanı türkcə danışan siyasətçi Lütfi Mestana 250 avro məbləğində inzibati cərimə tətbiq etmək qərarını açıqlayıb. Məhkəmə diqqətə çatdırıb ki, Bolqarıstanda Seçki Qanunu seçki kampaniyalarında bolqar dilindən başqa bir dilin rəsmi dil kimi istifadəsini qadağan edir. AİHM öz qərarında demokratik cəmiyyətdə plüralizmin, tolerantlığın və azlıqların qorunmasının vacibliyini vurğulayaraq, Mestana qarşı tətbiq edilən inzibati cəzanın Avropa İnsan Hüquqları Konvensiyasının (AİHM) ifadə azadlığına dair 10-cu maddəsini pozduğuna qərar verib. Məhkəmə Bolqarıstanın Mestana təzminat olaraq 3 ay ərzində məhkəmə xərcləri üçün 3200 avro və ümumilikdə 1200 avro ödəməsinə qərar verib.