Süni intellektin "atası": Gördüyüm işlərdən peşmanam- ÖZƏL

"Süni intellektin atası" olaraq xarakterizə edilən 75 yaşlı Geoffrey Hinton, süni intellekt sahəsindəki inkişafın "dəhşətli" olduğunu və bu sahədəki işindən peşman olduğunu deyərək Google-dan istefa verdiyini açıqladı.

Süni intellektli chatbotların hazırda insanlardan daha təhlükəli olmadığını, lakin potensial təhlükələrinin bəzilərinin olduqca qorxulu olduğunu ifadə edən Hinton, onların yaxın gələcəkdə insanlardan daha ağıllı ola biləcəyi qənaətində olduğunu ifadə edib. 

Çatbotun tezliklə insan beyninin bilik səviyyəsini üstələyə biləcəyinə işarə edən Hinton, "Hazırda gördüyümüz odur ki, GPT-4 sahib olduğu ümumi məlumatların miqdarı baxımından insanı üstələyir, genişlənir. Bu, əsaslandırma baxımından o qədər də yaxşı deyil, lakin o, sadə mülahizə yürütə bilir"deyib. Prosesin irəliləyiş tempini nəzərə alaraq kifayət qədər sürətlə inkişaf edəcəyini gözlədiyini qeyd edən Hinton, bu səbəbdən narahat olmaq lazım olduğunu bildirib. Hinton, süni intellektin zərərli məqsədlər üçün istifadə potensialına da toxunaraq, bunun "kabus ssenarisi" olacağını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31