İranda yenə bina çökdü; yaralılar var

Bu gün səhər saatlarında İranın qərbində yerləşən Kirmanşah vilayətində Nosud şəhərində 4 mərtəbəli bina çöküb.

Olaylar.az xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə nəticəsində indiyədək 7 nəfər yaralanıb.
Ətraflı

Xaledi əlavə edib ki, hadisə yerinə 4 ədəd təcili yardım maşını və bir ədəd vertolyot ezam olunub.

Hadisənin səbəbləri araşdırılır.

Xatırladaq ki, 23 mayda İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində 41 nəfər ölüb.

mənbə: Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31