Rəcəb Tayyib Ərdoğan və Nikolas Maduro arasında görüş olub
8 İyun 2022 21:24 DünyaOlaylar.az bildirir ki, Venesuela prezidenti Nikolas Maduro Türkiyəyə rəsmi səfərə gəlib.
Səfəri çərçivəsində dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüşdən sonra sənədlərin imzalanması mərasimi təşkil edilib.
Daha sonra birgə mətbuat konfransı keçirən dövlət başçıları mediaya açıqlamalarla çıxış ediblər.
Türkiyə prezidenti imzalanan sənədlərlə ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini bildirib. Ərdoğan, həmçinin avqust ayında Venesuelaya səfər edəcəyini də qeyd edib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31