Finlandiyanın baş naziri koronavirusa yoluxub

Finlandiyanın baş naziri Sanna Marin koronavirusa yoluxub.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.

O, ötən gecə temperaturunun qalxdığını bildirib və əlavə edib ki, verdiiyi COVID-19 testi müsbət nəticələnib.

S.Marin sağlamlıq vəziyyətinin normal olduğunu yazıb.

Qeyd edək ki, Finlandiya baş naziri iyunun 4-də Vaşinqtonda rəsmi səfərdə olub və orada NATO baş katibi Yens Stoltenberqlə görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31