İrəvan hava limanında bomba həyəcanı
8 İyun 2022 19:11 DünyaOlaylar.az oxu.az-a istinadən bildirir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanın Zvartnots Beynəlxalq Hava Limanına partlayıcı qurğunun qoyulması barədə siqnal daxil olub.
"İyunun 8-də saat 14:54-də Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə Milli Mərkəzə İrəvanın Zvartnots Beynəlxalq Hava Limanına partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub", - nazirlikdən bildirilib.
Hadisə yerinə xilasedicilər, kinoloqlar, yanğınsöndürənlər və minaaxtaranlar cəlb edilib. Sonradan siqnalın yanlış olduğu məlum olub.
Hazırda hava limanı fəaliyyətini həmişəki qaydada davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31