Rusiyadakı neft və kimya sənayesinə sanksiyalar tətbiq edilib

Kanada Rusiyada neft-qaz və kimya sənayesinin fəaliyyətini təmin edən 28 müəssisəyə sanksiyalar tətbiq edib.

Olaylar.az xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli məlumat verib. "Bu gün elan edilən tədbirlər prezident Putinə qoşunlarını dərhal Ukrayna ərazisindən çıxarması üçün əlavə təzyiq göstərəcək. Yeni məhdudiyyətlər Rusiya iqtisadiyyatını zəiflədəcək və Rusiya rejiminə aydın siqnal göndərəcək", - XİN rəhbəri deyib.

azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31