Avropanın mərkəzində qorxunc olay, ölən və yaralananlar var-FOTO

Almaniyanın paytaxtı Berlinin qərbində avtomobilin insan kütləsinin üzərinə sürülməsi nəticəsində 1 nəfər ölüb, azı 10 nəfər yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin yerli əməkdaşları məlumat verib.
Bildirilib ki, hadisə iyunun 8-də Berlində, Vilhelm xatirə kilsəsinin yaxınlığındakı Braytşaydplasda baş verib.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanlıb.
Qeyd edək ki, 2016-cı ilin dekabrında Braytşaydplas meydanında İŞİD terrorçularının yük maşını ilə hücumu nəticəsində 13 nəfər ölmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31