8-ci sinif şagirdi hamamda asılmış vəziyyətdə tapıldı
8 İyun 2022 15:13 Dünyaİstanbul Zeytinburnunda 8-ci sinif şagirdi yaşadıqları evin hamamında asılmış vəziyyətdə tapılıb.
Olaylar.az xəbər verir ki, 15 yaşlı 8-ci sinif şagirdi Barış E. Mərkəzəfəndi Məhəlləsində yaşadıqları evin hamamında asılmış vəziyyətdə tapılıb. Ailə hadisəni sağlamlıq qruplarına xəbər verib. Evə gələn sağlamlıq qrupları 15 yaşlı uşağın öldüyünü müəyyən edib.
Polis qrupları faktla bağlı araşdırma başladıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31