Berlində avtomobil bir qrup insanın üstünə çıxıb

Olaylar.az xəbər verir ki, Almaniyanın paytaxtında avtomobil və insanların iştirakı ilə insident baş verib. Avtomobilin bir qrup insanın üzərinə sürdüyü bildirilir. Berlində baş verən insident nəticəsində azı 30 nəfər xəsarət alıb. Bu barədə Almaniya regional mətbuat məlumat yayıb. 

"Maşın Berlin-Şarlottenburq ərazisində izdihamın üzərinə sürdü. İlkin məlumata görə, azı on nəfər yaralanıb", - Rundfunk Berlin-Brandenburg bildirib.

Qeyd olunur ki, yol-nəqliyyat hadisəsi Rankestrasse və Tauenzienstrasse kəsişməsində baş verib. Lakin hələlik hadisənin bütün təfərrüatları, eləcə də sürücünün şəxsiyyəti dəqiqləşdirilməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31