Monteneqro Rusiya telekanallarını bağladı

Olaylar.az xəbər verir ki, Monteneqro Rusiya kanallarını bağlayıb. 

Bu barədə, iyunun 8-də Rusiyanın Monteneqrodakı səfiri Vladislav Maslennikov məlumat verib. Söhbət Avropa Birliyinin altıncı sanksiya paketinə daxil olan və bu siyahıya daxil olmayan kanallardan gedir.

Bundan əvvəl Milli Elektron Media Şurası Rusiyanın 80 telekanalının Latviyada yayımını qadağan etmək barədə qərar qəbul edib.

Belə ki, "İllüziya+", "Mir TV", "Ovçuluq və balıqçılıq", "Kino24" də məhdudiyyətlərə məruz qalıb. İyunun 9-na kimi onların hamısının Latviya televiziyalarından silinəcəyi güman edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31