ABŞ və Ukrayna diplomatları Ukrayna taxılının ixracını müzakirə ediblər
8 İyun 2022 11:36 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ dövlət katibinin müavini Vendi Şerman çərşənbə axşamı Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik ilə görüşüb, ABŞ-ın Kiyevə yardımı və Ukrayna taxılının ixracını müzakirə edib.
Sənədə əsasən, görüş Seulda baş tutub. Şerman "ABŞ-ın Ukraynaya yardımı, o cümlədən təhlükəsizlik, humanitar və iqtisadi yardımlar, habelə büdcə dəstəyi və uzunmüddətli səylər üçün yardım haqqında yeni məlumatlar təqdim edib".
Praysın sözlərinə görə, tərəflər həmçinin Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın qlobal ərzaq təhlükəsizliyinə təsirini və ABŞ-ın Ukrayna taxılını beynəlxalq bazarlara çıxarmaq öhdəliyini müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31