Rusiya BMT-yə 1,5 milyon dollar ödəyəcək

Rusiya hökuməti Birləşmiş Millətlər Təşkilatının büdcəsinə 1,5 milyon dollar ayırmaq qərarına gəlib.

Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, 2022-2025-ci illər arasında BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentində işləmək üçün Rusiya nümayəndəsinin göndərilməsini təmin etmək üçün ediləcək.

Sənəddə deyilir ki, bu idarənin büdcəsinə aşağıdakı töhfələr veriləcək: 2022-ci ildə - 400 min ABŞ dolları məbləğində, 2023-cü ildə - 374 min dollar məbləğində, 2024-cü ildə - 390 min dollar məbləğində və 2025-ci ildə - 408 min dollar məbləğində.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31