Ermənistanda baş verən iğtişaşlarla bağlı 10 nəfər həbs edilib
7 İyun 2022 23:52 DünyaErmənistanın İstintaq Komitəsi Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahı yaxınlığında baş vermiş iğtişaşlarla bağlı cinayət işi çərçivəsində 15 nəfəri təqsirləndirilən şəxs qismində cəlb edib, onlardan 10-u həbs edilib.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Komitənin mətbuat xidməti bildirib.
"İğtişaşların təşkilatçılarının və digər iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. Cinayət işinin ibtidai istintaqı zamanı 15 nəfərin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarlar qəbul edilib. 10 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib", - deyə məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31