"Dmitri Medvedevin bəyanatı qəbuledilməzdir və narahatlıq doğurur” - Luici Di Mayo
7 İyun 2022 21:10 DünyaRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin "Rusiyanın ölümünü istəyən iyrənc əclaflar" bəyanatı qəbuledilməzdir və narahatlıq doğurur".
Olaylar.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo deyib. "Bunlar bizi çox narahat edən qəbuledilməz sözlərdir. Çünki bu sözlər Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin dilindən səslənir", - XİN rəhbəru bildirib.
Di Mayonun sözlərinə görə, Medvedevin sözləri dialoq üçün siqnala, atəşkəs istəyinə və ya sülhü bərpa etmək cəhdlərinə işarə etmir: "Bunlar sülh üçün israrla səy göstərənlər üçün birmənalı təhdiddir".
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31