"Ukrayna inanılmaz şücaət göstərdi" - Zelenski
7 İyun 2022 20:50 Dünya"Biz Rusiyaya təslim olmadıq".
Olaylar.az report-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk səhifəsində yazıb.
"Ukrayna inanılmaz şücaət göstərdi. Biz Rusiyaya təslim olmadıq. Bu yaxınlaradək dünyanın ikinci ən qüdrətli ordusunun işğalının qarşısını aldıq. Yavaş-yavaş öz ərazimizdən çıxarırıq. Heç kim ukraynalılardan bu miqyasda cəsarəti gözləmirdi. Ancaq bu miqyas var. Bu bizim azadlıq və dəyərlərimiz uğrunda mübarizəyə hazır olmağımızın xarakterinin özəlliyidir", - Prezident vurğulayıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31