Özbəkistan turistlər üçün COVİD qadağalarını ləğv edir
7 İyun 2022 16:56 DünyaÖzbəkistanda iyunun 10-dan hava limanlarında, dəmir yolu vağzallarında və keçid məntəqələrində turistlər üçün bütün koronavirus məhdudiyyətləri ləğv edilir.
Artıq ölkəyə gələnlər üçün koronavirus üçün PCR testinin mənfi nəticəsi, sürətli antigen testi və ya peyvənd sertifikatı tələb olunmayacaq.
"Komissiya Özbəkistanda koronavirus infeksiyasının yayılmasının azaldığını, bu infeksiya ilə xəstəxanaya yerləşdirilənlərin sayında müsbət dəyişikliyin olduğunu, həmçinin dünyada epidemioloji vəziyyəti nəzərə alaraq belə bir qərar verib", - Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyindən bildiriblər.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31