On bir erməni hərbçi yaralandı
7 İyun 2022 14:07 DünyaErmənistanda yol-nəqliyyat hadisəsi olub, 11 hərbçi yaralanıb. Ermənistanın Vayots Dzor vilayətinin ərazisində hərbi təyinatlı yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, ilkin məlumata görə, yük maşınının aşması nəticəsində 11 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb. Hələlik qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31