Afrikalı boksçuya kölgəsilə döyüşdüyü üçün məğlubiyyət verildi – VİDEO
7 İyun 2022 10:19 DünyaCənubi afrikalı boksçu Simiso Butelezi həmyerlisi Sifesixle Mntunqva ilə döyüşdə məğlub olub.
Ümumdünya Boks Federasiyasının (WBF) versiyasına görə Afrika çempionu kəməri uğrunda döyüşün onuncu raundunda Butelezi rəqibini nokaut edib. Buna baxmayaraq, Mntunqva ayağa qalxıb və hakim mübarizəni davam etdirib. Lakin Butelezi rəqibindən əks istiqamətə dönüb və boşluğa zərbələr endirməyə başlayıb. Hakim görüşü dayandıraraq ona məğlubiyyət verib. Bu, boksçunun karyerasında ilk məğlubiyyəti olub.
Butelezinin bu davranışına nəyin səbəb olduğu açıqlanmayıb. İdmançıya dərhal tibbi yardım göstərilib.
lenta.ru
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31