Türkiyədə NATO təlimləri keçiriləcək
6 İyun 2022 23:42 Dünyaİyunun 20-dən 28-dək Türkiyədə NATO-nun Ramstein Dust II-2022 (RADU II-22) hərbi təlimləri keçiriləcək.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Şimali Atlantika Alyansının yerləşdirmə və hazırlıq üzrə manevrləri Türkiyənin Konyadakı 3-cü əsas raket bazasının komandanlığının bazasında təşkil olunacaq.
Təlim Konya bazasında hava əməliyyatları texnikaları baxımından unikal öyrənmə fürsəti verən beynəlxalq Anadolu Qartalı 2022 təlim kursu ilə birlikdə həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31