Dini məktəbə rəqqasə gətirdilər - VİDEO

Türkiyənin Bursa şəhərində orta məktəbdəki tədbirə oriyental rəqqasə gətirilib.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Çalı İmam Hatip orta məktəbində baş verib.

Təhsil İdarəsinin Bursa Şöbəsinin başçısı Yeliz Toy bu barədə sosial şəbəkə hesabından yazaraq, məktəbə gəlir gətirmək üçün Valideyn-Müəllim Dərnəyi Rəhbərliyi tərəfindən rəqqasın cəlb edilməsinin yolverilməz olduğunu bildirib.

"Maraqlıdır, bu gün rəqqas oynadaraq məktəbə pul yığmaq istəyənlər sabah başqa nələr edəcəklər? Məsuliyyət daşıyanlar barədə dərhal iş başladılmalıdır", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31