"İqtisadi suverenliyin möhkəmləndirilməsi dövrü olacaq” - Putin
6 İyun 2022 20:01 DünyaRusiya üçün 2020-ci illər iqtisadi suverenliyin möhkəmləndirilməsi dövrü olacaq, eyni zamanda ölkə iqtisadiyyatı beynəlxalq əməkdaşlıq kursunu saxlayacaq.
Olaylar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
"Əminəm ki, 2020-ci illər Rusiya üçün öz infrastruktur və texnoloji bazasının sürətli inkişafını, mütəxəssislərin hazırlığı səviyyəsinin keyfiyyətcə yüksəldilməsini, habelə müstəqil dövlətin formalaşmasını təmin edən iqtisadi suverenliyin möhkəmləndirilməsi dövrü olacaq", - Putin bildirib.
Putin qeyd edib ki, Rusiya iqtisadiyyatı getdikcə daha çox şəxsi təşəbbüsə arxalanacaq və geniş beynəlxalq əməkdaşlığa doğru kursunu davam etdirəcək.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31