Türkiyənin yeni möcüzəsi “Kargı”

Türkiyə müdafiə sənayesi çərçivəsində hazırlanan yeni kamikadze pilotsuz uçuş aparatı (İHA) "Kargı"nı ilk dəfə "EFES-2022" təlimləri çərçivəsində nümayiş etdirilib.

Olaylar.az Haber Global-a istinadən xəbər verir ki, türk müdafiə sənayesi üçün bir çox ilkləri olan "Kargı" layihəsi düşmənin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemindəki radarlarını və düşmənin "yer-hava" silah sistemlərini sıxışdırıb məhv etmək qabiliyyətinə malikdir.

"Kargı" layihəsi "Lentatek"in rəhbərliyi altında ASELSAN, TÜBİTAK SAGE və TEI ilə əməkdaşlıqda həyata keçirilir.

O, xərc və zaman üstünlükləri ilə Türkiyə Silahlı Qüvvələrinə güc qatacaq.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31