"Zelenskidən psixi sağlamlığa dair arayış istəyirik" - Kever
6 İyun 2022 18:38 DünyaUkrayna XİN-i ölkə Prezidenti Vladimir Zelenskinin psixi problemləri olduğunu bildirən Macarıstan parlamentinin sədri Laslo Keverin sözlərinə cavab verib və ondan öz psixi sağlamlığına dair arayış göstərməsini istəyib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in rəsmi nümayəndəsi Oleq Nikolenko deyib.
"Ukrayna Xarici İşlər Nazirliyi Macarıstan parlamentinin sədri Laslo Keverin onun psixi sağlamlığının vəziyyəti ilə bağlı arayış dərc etməsini gözləyir. Cənab Keverin sözlərinin sonrakı qiymətləndirilməsi birbaşa sənəddə qeyd olunan nəticədən asılıdır", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31