Zelenski və Conson arasında telefon danışığı olub
6 İyun 2022 15:47 DünyaUkrayna Prezidenti Volodimir Zelenski və Boris Conson arasında telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı Twitteer-də yazıb.
"Cəbhədəki durumdan danışdım. Ukrayna üçün yeni gücləndirilmiş müdafiə dəstəyi paketinin təsdiqini aldım. Təhlükəsizlik təminatları üzrə işlərin intensivləşdirilməsi məsələsini qaldırdım. Böyük Britaniya ilə birlikdə ərzaq böhranından qaçmaq və limanları blokadadan çıxarmaq yollarını axtarırıq", - Ukrayna lideri vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31