Tatarıstanda maska rejimi ləğv edilib

Olaylar.az xəbər verir ki, Tatarıstan Respublikasında koronavirus infeksiyası ilə mübarizə üzrə regional operativ qərargahın qərarı ilə ictimai yerlərdə maskaların məcburi taxılması ləğv edilib. 

Bu barədə Tatarıstan respublika başçısının mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, Tatarıstan prezidentinin tapşırığı ilə hökumətin fərmanına dəyişikliklərin ediləcəyi qeyd edilir. Rospotrebnadzorun region üzrə sədri Marina Patyaşinanın sözlərinə görə, koronavirusa yoluxma hallarının artımı ,5%-dən 0,08%-ə düşüb. Şöbə müdiri onu da vurğulayıb ki, son 14 həftə ərzində kəskin respirator virus infeksiyalarına yoluxma halları epidemioloji həddən aşağı düşüb.

Patyaşina qeyd edib ki, bölgədə yeni koronavirus infeksiyasına şübhəsi olanların hamısının COVID-19-a testi davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31