Bu gün BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası olacaq
6 İyun 2022 11:26 DünyaBMT Təhlükəsizlik Şurasının iyunun 6-da axşam saatlarında iclası olacaq.Olaylar.az xəbər verir ki, bu barədə BMT TŞ-nin katibliyi açıqlayıb.
Bildirilib ki, Şuranın toplatısında Ukrayna ilə bağlı məsələ müzakirə olunacaq: "Əsas diqqət Ukraynaya hərbi müdaxilə ilə bağlı cinsi təcavüz, insan alveri kimi məsələlər ayrılacaq".
Məlumata görə, iclasda BMT-nin münaqişə şəraitində cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Patten çıxış, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də iştirak edəcək.
Xatırladaq ki, toplantı bu gün Bakı vaxtı ilə saat 18-də başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31