Böyük Britaniya Ukraynaya M270 raket sistemi göndərir

Olaylar.az xəbər verir ki, Rusiyanın Qərbi təhdid etməsinə baxmayaraq, Britaniyanın ilk uzaqmənzilli raketləri Ukraynaya göndəriləcək.

Bu barədə Britaniyanın müdafiə naziri mediaya açıqlamasında bildirib. M270 reaktiv yaylım atəş sistemi Ukraynaya Rusiyadan müdafiəyə kömək edəcək.Qərar keçən həftə raket sistemi də tədarük etdiyini açıqlayan ABŞ-la koordinasiya əsasında qəbul edilib.

ABŞ-ın bu addımı Moskvada reaksiya doğurdu və Rusiya prezidenti Vladimir Putin Qərb dövlətlərinin Kiyevə uzaqmənzilli silahlar göndərəcəyi təqdirdə Rusiyanın Ukraynada vuracağı hədəflərin siyahısını genişləndirməklə hədələyib.
Ukrayna hərbçilərinə qarşıdakı həftələrdə Böyük Britaniyada buraxılış qurğularından istifadə qaydaları öyrədiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31