Kilsəyə silahlı hücum: 50 nəfər ölüb

Nigeriyanın cənub-qərbində bir qrup silahlı Müqəddəs Fransisk katolik kilsəsinə hücum edib.

"Nigerian Tribune" qəzetinin tibb işçilərinə istinadən yaydığı məlumata görə, 50-dən çox insan hücumun qurbanı olub. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.

"Politics Nigeria" portalı isə 85 nəfərin öldürüldüyü barədə xəbər yayıb. Həlak olanların sayına dair hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Nigeriyada xristianlar əhalinin təxminən 47 faizini, müsəlmanlar isə 51 faizini təşkil edir. Xristianlar ölkənin cənubunda, müsəlmanlar şimalda və mərkəzi regionlarda yaşayırlar.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31