2023-cü il prezident seçkilərində namizədlərin adı açıqlanıb

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) şənbə günü prezident Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Xalq Alyansının namizədi kimi irəli sürüb.

Olaylar.az yerli KİV-lərə istinadla xəbər verir ki, bunu şənbə günü jurnalistlərə AKP-nin mətbuat katibi Ömər Çelik partiya qurultayının yekununda bildirib.

"Xalq Alyansından namizəd prezidentimiz Rəcəb Tayyib Ərdoğan olacaq. Bu mövzuda artıq yekdil qərara gəlinib", Ö. Çelik qeyd edib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Xalq Alyansına hakim AKP və Milliyyətçi Hərəkat Partiyası daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31