"Lukaşenko Ukraynaya hücum əmri verdi" - ŞOK İDDİA
4 İyun 2022 18:36 Dünya"Belarus Prezidenti Aleksandr Lukaşenko orduya Ukraynaya hücum əmri vermişdi".
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya deyib.
"Bizdə sübutlar var. Rejim Ukraynaya hücum əmri vermişdi. Lakin yüksək çinli zabitlər anladılar ki, Belarus əsgərinin əhval-ruhiyyəsi aşağıdır və Rusiya qoşunları ilə birləşərək hücum etmək istəmir. Ona görə də bu əmr icra edilmədi", - deyə Tixanovskaya bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31