Kubanda avtobus qəzası: 15 yaralı
4 İyun 2022 12:08 DünyaOlaylar.az xəbər verir ki, Krasnodar diyarının Temryuk rayonunda mikroavtobusun sürücüsü idarəetməni itirərək kanala düşüb və orada ağaca çırpılıb. Bu barədə "İnterfaks"ın məlumatında deyilir. Avtobus Temryukdan Primorski kəndinə gedirmiş.
Rayon prokurorluğu bildirib ki, ilkin məlumatlara görə, 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
Rise xəbər verir ki, uşaqlar da daxil olmaqla 15 nəfər yaralanıb.
Təfərrüatlar dəqiqləşdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31