Zelenski ABŞ merlərini Rusiyanın qardaş şəhərləri ilə əlaqələri kəsməyə çağırıb
4 İyun 2022 10:57 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Merlər Konfransına videomüraciətində Amerika şəhər rəhbərlərini Rusiyanın qardaş şəhərləri ilə əlaqələri kəsməyə çağırıb. Bu barədə "The New York Times" yazır.
Ukrayna lideri qeyd edib ki, bu əlaqələrin statusu Rusiyaya onun təcrid olunmadığını deməyə imkan verir. Onun fikrincə, bu əlaqələr heç nə vermir.
Amerika merlərinin özləri Zelenskinin təşəbbüsünə şübhə ilə yanaşır. Məsələn, Portlend, San-Xose, San Dieqo və Ceksonvildə Rusiya şəhərləri ilə qardaş şəhər münasibətlərini saxlamaq niyyətində olduqlarını bəyan etdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31