Olaylar.az xəbər verir ki, Kubanın qərb hissəsində güclü yağışlar nəticəsində azı üç nəfər ölüb. Bu barədə Cubadeba yazır.
Bir nəfərin ölümü Havanada, daha iki nəfərin isə Pınar del Rio əyalətində qeydə alınıb. Bundan əlavə, 60 binanın uçmasından sonra mindən çox paytaxt sakini təxliyə edilib.
Eyni zamanda, qərbdə yağışlar 75 mindən çox kubalını işıqsız qoyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31