Çində yüksək sürətli qatar relsdən çıxıb

Olaylar.az xəbər verir ki, Pekin vaxtı ilə saat 10:20 radələrində D2809 sürət qatarı Quiyanq-Quançjou yüksək sürətli dəmir yolunun Rontszyan stansiyasında relsdən çıxıb.

Məlumata görə, qatarın maşinisti ölüb, daha 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təcili yardım xidmətləri hadisə yerinə gəlib.

Qəzadan dərhal sonra hadisə şahidləri və qatarın sərnişinləri tərəfindən lentə alınan videolar sosial şəbəkələrdə yayılıb. Səkkiz vaqondan birincisi ciddi zədələnib - onun ön hissəsi platformaya atılıb.

Vaqonun üzərindəki emblemə əsasən, qatar Çin Dəmiryolunun yüksək sürətli (CRH) yüksək sürətli qatar xidmətini idarə edən China Railway-ə məxsusdur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31