"Məhsul daha az olacaq və qiymətlər qalxacaq" - Putin

Rusiya Federasiyasına qarşı yeni sanksiyalar dünya bazarlarında vəziyyəti daha da pisləşdirəcək, məhsul daha az olacaq və qiymətlər qalxacaq.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu "Rossiya-1" telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

"Bu, qlobal gübrə bazarlarında vəziyyəti daha da pisləşdirəcək, yəni məhsulun növləri daha az olacaq. Bu o deməkdir ki, qiymətlər yalnız qalxacaq. Bu, tamamilə səhv siyasətdir", - deyə V.Putin bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31