"Onlar təbliğatlarının təsiri altındadırlar"" - Podolyak
3 İyun 2022 23:07 Dünya"Ukrayna və Rusiya arasında danışıqlar rusiyalı müzakirəçilər öz təbliğatları altında qalmağı dayandırdıqdan sonra bərpa olunacaq".
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
"Hesab edirdik ki, onların həqiqətən müzakirə olunan bir şey haqqında danışmaq hüququ var. Lakin bəyanatlarından, xüsusən də danışıqlar qrupunun üzvlərindən göründüyü kimi, onlar təbliğatlarının təsiri altındadırlar", - Podolyak qeyd edib.
Ukrayna rəsmisinin sözlərinə görə, danışıqlar prosesi o zaman başlayacaq ki, Rusiya elitası öz təbliğatına müraciət etməyi dayandırıb real şeylər haqqında danışmağa başlayacaq:
"Ukraynada nə edirlər, bura niyə gəliblər və buradan necə çıxacaqlar".
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31