KXDR ilə bağlı qətnaməyə veto qoyulması müzakirə ediləcək
3 İyun 2022 22:20 Dünyaİyunun 8-i BMT Baş Assambleyası Rusiya və Çinin ABŞ-ın KXDR-yə qarşı yeni sanksiyalarla bağlı təklif etdiyi qətnaməyə Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməsini müzakirə edəcək.
Olaylar.az xəbər verir ki, bunu brifinq zamanı BMT Baş Assambleyasının 67-ci sessiyasının sədrinin nümayəndəsi Polina Kubiak deyib.
"İyunun 8-də "BMT sisteminin gücləndirilməsi" mövzusunda plenar iclas keçiriləcək. Mayın 26-da BMT Təhlükəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmaması mövzusunda keçirilən iclasına dair debatlar olacaq", - deəy P.Kubiak bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31