Alina Kabayevaya sanksiya tətbiq edildi
3 İyun 2022 18:42 DünyaAvropa İttifaqının bu gün dərc edilən yeni sanksiya siyahısında tanınmış rusiyalı gimnast Alina Kabayevanın da adı var.
Olaylar.az xəbər verir ki, mətbuatda Kabayevanın adı Rusiya prezidenti Vladimir Putinin sevgilisi kimi hallandırılır və cütlüyün övladlarının olduğu iddia edilir.
Aİ-nin budəfəki "qara siyahısında" Kabayeva ilə yanaşı, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta, oğlu Nikolay və həyat yoldaşı Tatyana Navkanın da adı var.
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31