Dünya şöhrətli ulduz əlil arabasında görüntüləndi - FOTO

Paparazzilər Elton Conu Leypsiq hava limanında əlil arabasında yaxalayıb. 

Olaylar.az  lent.az-a istinadən xəbər verir ki, 75 yaşlı müğənni yorğun və pis vəziyyətdə görüntülənib. 

Ancaq müğənni özü də bəzi səhhətində problemlər olduğunu gizlətmir. 

2019-cu ildə verdiyi müsahibədə hitlərin müəllifi və ifaçısı ayağından aldığı zədə səbəbindən əlil arabasında hərəkət etmək məcburiyyətində qaldığını söyləyib. 

Bir il əvvəl o, ayağındakı ağrılardan şikayətlənirdi.

"Yöndəmsiz şəkildə yıxıldım və o vaxtdan bud nahiyəmdə şiddətli ağrılar hiss edirəm" ,- deyə sənətçi özü haqqında bildirib.

Buna baxmayaraq müğənni sosial şəbəkədə yarımçıq qalan qastrol səfərini davam etdirmək niyyətində olduğunu bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31