Lavrov bu tarixdə Serbiyaya səfər edəcək
3 İyun 2022 13:22 DünyaOlaylar.az xəbər verir ki,Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 6-7-də Serbiyaya səfər edəcək, prezident Aleksandr Vuçiç və Serbiyanın xarici işlər naziri Nikola Selakoviçlə görüşəcək.
Bu barədə iyunun 3-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"6-7 iyun tarixlərində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Serbiya Respublikasına səfər edəcək. Bu ölkənin prezidenti ilə görüşlər, xarici işlər naziri, Milli Məclisin sədri və Serbiya Patriarxı ilə danışıqlar planlaşdırılır"
Onun sözlərinə görə, tərəflərin ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə edəcəyi, Balkan regionundakı vəziyyətə, eləcə də aktual beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparacağı gözlənilir.
Lavrov iyunun 8-də Ankaraya işgüzar səfər edəcək və Türkiyənin xarici işlər naziri ilə danışıqlar planlaşdırılır.
İyunun 10-da Lavrov İrəvanda KTMT Nazirlər Şurasının iclasında iştirak edəcək.
Lavrov SPIEF-2022-də iştirak edəcək.