Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqlədi

Olaylar.az MK.RU-a istinadən xəbər verir ki, Avropa İttifaqı anti-Rusiya sanksiyaları adlandırılan altıncı paketin yekun təsdiqini elan edib. Onun ən mühüm və uzun müddət müzakirə olunan hissəsi Rusiya neftindən mərhələli şəkildə imtina qərarı olub.

"Danışır Moskva" telegram kanalının aydınlaşdırdığı kimi, Rusiya enerji daşıyıcılarının dərhal və tam imtinası ilə bağlı normalar razılaşdırılmayıb. Nəticədə Aİ-yə üzv dövlətlərə Rusiya Federasiyasından xam neft idxalını altı ay, neft məhsullarını isə səkkiz ay ərzində tamamilə dayandırmaq barədə qərar qəbul edilib.

Həmçinin qeyd edilir ki, Rusiya bank sisteminə qadağalar baxımından sanksiyalar layihəsi tam dəstəklənib: Sberbank, Rosselxozbank və MKB SWIFT beynəlxalq hesablaşma sistemindən ayrılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31