Yaponiyada 20-dən çox şagird istivurma ilə xəstəxanaya yerləşdirilib
3 İyun 2022 12:14 DünyaYaponiyanın qərbindəki Amaqasaki şəhərində isti vurması nəticəsində 22 şagird xəstəxanaya yerləşdirilib.
İstivurma halları şəhərdə keçirilmiş idman yarışları zamanı qeydə alınıb.
Xəstəxanaya yerləşdirilən şagirdlərin vəziyyətlərinin ağır olmadığı deyilir.
Qeyd edək ki, ötən gün eyni diaqnozla Osaka şəhərində 29 şagird xəstəxanaya yerləşdirilmişdi.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31