"Müharibədə qalib gəlmək üçün bütün ölkələrin köməyinə ehtiyac var" - Zelenski
2 İyun 2022 23:33 Dünya"Hər gün Donbasdakı döyüşlərdə 100-ə qədər ukraynalı əsgər ölür, 500-ə yaxını isə yaralanır".
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu prezident Volodimir Zelenski deyib.
O qeyd edib ki, ölkənin şərqində vəziyyət çox ağırdır:
"Ölkənin şərqində hər gün 100-ə qədər insan ölür. Hər gün 450, hətta bəzən 500 nəfər yaralanır. Biz qələbəyə inanırıq və Rusiya ilə müharibədə qalib gəlmək üçün bütün ölkələrin köməyinə ehtiyac var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31