Şahzadə Endryu koronavirusa yoluxub

İngiltərə kraliçası II Elizabetin 61 yaşlı oğlu, York hersoqu Şahzadə Endryu COVID-19-a yoluxub.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, Bukingem Sarayının sözçüsü, Şahzadə Endryunun koronavirus testinin müsbət çıxdığını bildirib.

Onun sabah Kraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümündə Müqəddəs Paul Katedralında keçiriləcək Şükranlıq tədbirində iştirak edə bilməyəcəyi açıqlanıb.

Endryu da Kraliça Elizabethin Platin Yubileyi çərçivəsində bu gün kral ailəsinin üzvləri ilə Bukingem sarayında balkona çıxmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31