Dövlətə xəyanətdə ittiham olunan müxalif siyasətçini 15 ilə qədər həbs cəzası gözləyir

Ukraynada dövlətə xəyanətdə ittiham olunan müxalif siyasətçi Viktor Medvedçuku 15 ilə qədər həbs cəzası gözləyir.

Olaylar.az bildirir ki, bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosu xəbər verib.

"Təqsirləndirilən şəxsi əmlakı müsadirə olunmaqla və ya müsadirə olunmadan on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir", - deyə büronun "Telegram" kanalında bildirilib.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti aprel ayında "Müxalifət Platforması - Həyat Naminə" partiyasının siyasi şurasının rəhbəri Medvedçukun saxlandığını elan edib. O, aprelin 12-də Ukrayna Silahlı Qüvvələrinin geyimində ölkədən qaçmağa cəhd edərkən yaxalanıb.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31